Türkiyədə bal ayından qayıdan bəylə gəlin qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Aksaray-Nevşehir yolunda baş verib.
Cütlüyün içində olduğu avtomobil TIR-la toqquşub. Qəza nəticəsində 26 yaşlı gəlin Semra Yurtsevən ölüb, əri Sefa Yurtsevən isə yaralanıb.
Qeyd edək ki, qəzaya baxmayaraq, TIR-ın sürücüsü Abdullah Ayaz yoluna davam edib. O, hadisənin baş verdiyi ərazinin 20 km uzaqlığında saxlanılıb. Sürücü hadisənin fərqində olmadığını bildirib.
.jpg)
Son xəbərlər
Son Xəbərlər