Peris Hiltonla biznesmen əri bal ayında - Fotolar

peris-hiltonla-biznesmen-eri-bal-ayinda
Oxunma sayı: 7430

İki həftə əvvəl ailə həyatı quran 40 yaşlı amerikalı aktrisa, müğənni Peris Hilton və biznesmen Karter Reum bal ayına gediblər.

“Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, cütlüyün seçimi Bora-Bora adası olub. Bura Perisin ən sevdiyi yerlərdən biridir.

Onlar Perisin babası Konrad Hilton tərəfindən əsası qoyulmuş “Hilton” hotellər şəbəkəsinin bir hissəsi olanConrad Bora Bora Nui” adlı beşulduzlu hoteldə yerləşib.

Cütlük burada bir neçə gün keçirdikdən sonra Taiti və Sakit okeandakı digər adalara yollanacaq.

Həmçinin oxuyun: Peris Hilton biznesmen sevgilisinə ərə getdi - Fotolar