Hollivud superulduzu, BMT-nin xoşməramlı səfiri Ancelina Coli Ukraynanın Lvov vilayətində qaçqınlar və könüllülərlə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, o, Ukrayna səfərindən sonra instaqramda paylaşım edib. Aktrisa Ukraynada ona Lvovda balaca qız tərəfindən tapılmış “qeyri-adi daş”ın göstərildiyini deyib.
Colinin sözlərinə görə, balaca qız oynadığı həmin “qeyri-adi daş”ın qəlpə olduğundan xəbərsiz imiş.
“Tanış olduğum və Kramatorsk vağzalında olan uşaqların çoxunda qəlpələr çıxarılmışdı. Bu, çətin və ağrılı prosesdir. Həyati vacib orqanların yanında olan qəlpələri çıxarmaq çox təhlükəli idi və onlar bəzi uşaqların bədənlərinin içində qaldı”, - aktrisa yazıb.
Qeyd edək ki, Lvovda Coli raket zərbəsi ilə bağlı xəbərdarlıq səbəbindən bomba sığınacağına qaçmalı olub.




Son xəbərlər
Son Xəbərlər