Balaca şahzadə aylar sonra üzə çıxdı - Fotolar

balaca-sahzade-aylar-sonra-uze-cixdi
Oxunma sayı: 2004

Böyük Britaniya şahzadəsi Uilyamla Kembric hersoginyası Keyt Midlltonun kiçik oğlu Luis aylar sonra kameralara tuş gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kral ailə üzvləri Milad yeməyi üçün Bukinqam sarayında bir araya gəlib. Uilyamla Keyt ayrı-ayrı avtomobillərdə sarayın həyətinə daxil olublar. Keytin idarə etdiyi avtomobilində şahzadə Şarlotta ilə şahzadə Luis olub. Uilyam isə şam yeməyinə böyük oğlu Georgi ilə gəlib.

Onlar cangüdənlərin müşayiəti ilə saraya daxil olublar.