Azərbaycan Dövlət Musiqili Teatrında Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyası növbəti dəfə nümayiş olunacaq.
"Qafqazinfo" xəbər verir ki, tamaşanın nümayişi 25 iyun tarixində saat 19.00-da baş tutacaq. Teatrla kinonun sintez edildiyi, adət və ənənələrimizin, xüsusilə Bakı kəndlərinin özünəməxsus koloritinin ustalıqla əks olunduğu səhnə əsəri ilk premyera günündən bəri tamaşaçıların böyük marağına səbəb olub və mövsümün ən çox tələb olunan tamaşaları sırasındadır.
Qeyd edək ki tamaşanın quruluşçu-rejissoru, xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla yekunlaşdırmaq istəyən hər kəsi bu maraqlı səhnə əsərini izləməyə dəvət edir.


Son xəbərlər
Son Xəbərlər