Balakən sakinlərindən qanunsuz silahlar götürüldü

balaken-sakinlerinden-qanunsuz-silahlar-goturuldu
Oxunma sayı: 1527

Balakən sakinlərindən 6 qanunsuz silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində 6 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

Həmin silahlar ekspertizaya göndərilib və sahibləri barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.