Balakəndə 100-ə yaxın qonaq toya buraxılmadı - Foto

balakende-100-e-yaxin-qonaq-toya-buraxilmadi
Oxunma sayı: 1279

Balakəndə keçirilən nəzarət tədbirləri zamanı Talalar və Tülü kəndləri ərazisində yerləşən fərdi yaşayış evlərində təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvanlara baxış keçirilən zaman mərasimlərdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkarlanıb. Aşkarlanmış qayda pozuntuları ilə bağlı toy sahibləri Vüqar Şahverdiyev və Ramazan Əliyev barəsində protokol tərtib olunaraq hər biri 400 manat məbləğində cərimələnib.

Şəhər ərazisində yerləşən "Balakən" şadlıq sarayında təşkil edilən toy məclisinə gələn qonaqlardan 100-ə yaxının COVID pasportu olmadığı aşkarlanıb.

Həmin qonaqlara mövcud qaydalara riayət etmələri izah olunub və onlar geri qaytarılıblar.