Balakən rayonunda iki piyadanı maşın vurub.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə iyulun 28-də axşam saat 22:00 radələrində rayonun Kortala avtomobil yolunda baş verib.
1984-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Xanəli Zamil oğlu Qurbanov idarə etdiyi “VAZ 21074” markalı, 90 BU 913 dövlət nömrə nişanlı minik avtomobili ilə yolun kənarında hərəkətdə olan piyadalar - rayonun Kortala kənd sakinləri, 1993-cü il Fərhad Nəbi oğlu Eminovu və 1994-cü il təvəllüdlü Elnur Sərdar oğlu Şibliyevi vurub. Xəsarət alan piyadalar Balakən Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıblar.
Balakən MRX-dan verilən məlumata görə, yaralılardan Fərhad Eminov qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Elnur Şibliyevin vəziyyəti yüngül olduğundan lazımi tibbi yardım göstərildikdən sonra o, ambulator müalicə almaq şərtilə evə buraxılıb.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər