Balakəndə 300 kq xurma yandı

balakende-300-kq-xurma-yandi
Oxunma sayı: 1346

Balakən rayonunun Katex kəndində yanğın olub. 

“Qafqazinfo” xəbər verir ki, ümumi sahəsi 160 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 400 kiloqram xurmanın 300 kiloqramı yanıb. 

Tikilinin və xurmanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;