Balakəndə 7 yaşlı qızı maşın vurub öldürdü

balakende-7-yasli-qizi-masin-vurub-oldurdu
Oxunma sayı: 1305

Balakəndə 7 yaşlı qızı avtomobil vuraraq öldürüb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən Hənifə kəndinə gedən avtomobil yolunda baş verib. 
Rayon sakini, 2011-ci il təvəllüdlü Zümrüd Mais qızı İsakovanı minik avtomobili vurub. 

7 yaşlı Z. İsakova Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yolda ölüb.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.