Balakəndə bir uşaq anasının meyiti tapıldı

balakende-bir-usaq-anasinin-meyiti-tapildi
Oxunma sayı: 1486

Balakəndə evdən qadın meyiti tapılıb.

“Qafqazinfo”nun Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Tülü kəndində baş verib. Belə ki, kənd sakini 1983-cü il təvəllüdlü Əfəndiyeva Zeynəb Vahid qızının meyiti yaşadığı ünvanda aşkarlanıb.

İlkin ehtimallara görə, 36 yaşlı qadın dəm qazından boğulub.

Qadının ölümünün dəqiq səbəbini müəyyənləşdirmək üçün meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Qadının bir övladı var. 

Faktla bağlı araşdırma davam etdirilir.