Balakəndə ev yandı

balakende-ev-yandi
Oxunma sayı: 651

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, Balakən rayonu, Kortala kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 20 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19.11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.