Balakəndə evə ildırım düşdü

balakende-eve-ildirim-dusdu
Oxunma sayı: 3690

Balakəndə fərdi yaşayış evini ildırım vurub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Xalatala kəndində baş verib.

Belə ki, kənd sakini Ruslan Maçanova məxsus evə ildırım düşərək evin elektrik sistemini tamamilə sıradan çıxarıb.

140 kvm-lik evin yataq və vanna otağı dağıntıya məruz qalıb.

Nəticədə ev sahibinə maddi ziyan dəyib.

Daha sonra ildırım topu divarı dağıdaraq evdən çıxıb və yaxınlıqdakı ağacı vurub.

Hadisə zamanı ailə üzvləri evdə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Aidiyyəti qurumlar evə baxış keçirib, hadisənin necə və hansı şəraitdə baş verdiyi araşdırılır.

Mübariz Muradov