Balakəndə iki yaşlı körpə göldə boğulub

balakende-iki-yasli-korpe-golde-bogulub
Oxunma sayı: 1371

Balakən rayonunda iki yaşlı körpə göldə boğulub.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə Yeni Şərif kəndində baş verib.

Kənd sakini, 2017-ci il təvəllüdlü Sevinc Xaqani qızı Abdullayeva babasının yaşadığı evin həyətyanı sahəsində balıq saxlamaq üçün yaradılmış sünü gölə düşərək boğulub. S.Abdullayevanın meyiti müayinə edilmək üçün Səhiyyə Nazırliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.