Balakəndə ildırım evi vurub külə döndərdi

Balakəndə ildırım evi vurub külə döndərdi
Oxunma sayı: 2314

Balakəndə yaşayış evini ildırım vuraraq yandırıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında rayonun Katex kəndində baş verib. 

Kənd sakini Kərimov Məmmədvəli Əsəbəli oğluna məxsus, 4 otaq və aynəbənddən ibarət olan yaşayış evində yanğın baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət yanğından Mühafizə Hissəsindən texnikalar və şəxsi heyət cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları və  iki otaq əşyaları ilə birilikdə tamamilə yanıb. İki otaq və aynəbəddin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. 

Mübariz Muradov