Balakəndə kənd təsərrüfatının digər sahələri ilə yanaşı, baramaçılığın da inkişafı diqqətdə saxlanılır. Cari məhsul ilində rayonda 52 ton yaş barama istehsalı gözlənilir.
“Qafqazinfo”ya daxil olan məlumata görə, bu məqsədlə rayonda 403 kümçüyə 1300 qutu ipəkqurdu paylanılıb.
Balakən Rayon İcra Hakimiyyətinin tövsiyəsinə əsasən baramaçılar xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə təsərrüfatlarda ipəkqurdunun saxlanılmasına başlayıblar.



Son xəbərlər
Son Xəbərlər