Balakən rayonunun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında tütünçülük, qarğıdaçılıq və tərəvəzçilik aparıcı yerlərdən birini tutur. Cari təsərrüfat ilində 420 ha sahədə olmaqla 356.5 ha sahədə virciniya, 60.5 ha sahədə yerli “immuniy”, 3 ha sahədə isə berley növ tütün əkilməsi nəzərdə tutulub ki, hazırda 42 ha sahəyə şitillərin köçürülməsi aparılıb və işlər davam etdirilir.
“Qafqazinfo”ya daxil olan məlumata görə, kənd təsərrüfatının ən gəlirli sahələrindən olan qarğıdalı səpininə də başlanılıb. Əvvəlki illərdə olduğu kimi cari ildə də rayon tarixində rekord səviyyədə- 7500 ha sahədə qarğıdalı əkini aparılacağı və məhsul əldə olunacağı proqnoz edilir.
Həmçinin rayonda tərəvəzçiliyin əsas sahələrindən olan xiyar yığımına başlanılıb. Təsərrüfatlardan toplanan xiyar Bakı şəhərinə və respublikamızın digər rayonlarına ixrac edilir.
Balakən Rayon İcra Hakimiyyətinin tövsiyəsinə və karantin rejiminin tələblərinə uyğun olaraq təsərrüfatçılar insanların sağlamlığının qorunması məqsədilə hələlik sahələrə məhdud sayda işçi çıxarır, texnikadan istifadəyə üstünlük verirlər.


Son xəbərlər
Son Xəbərlər