Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar cəzalandırıldı - Fotolar

balakende-qanunsuz-qum-cinqil-dasiyanlar-cezalandirildi
Oxunma sayı: 3188

Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində tədbirlər keçirilib.

DİN-in Mətbuat xidmətinin  Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə,  tədbirlər zamanı qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. 

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokollar tərtib edilib.

Qum-çınqıl satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparılıb, bu fəaliyyətlə məşğul olmaq üçün aidiyyatı dövlət orqanlarından lisenziya almağın vacib olduğu onların diqqətinə çatdırılıb.

Bundan başqa, məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması istiqamətində  keçirilən nəzarət tədbirləri nəticəsində cari il ərzində bu kimi qayda pozuntusuna yol verən 80 nəfər müəyyən edilib. Onların barəsində protokol tərtib olunaraq barələrində inzibati tənbeh tədbiri görülüb.