DİN-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, çətənə kolları Balakən Payon Polis Şöbəsi, DİN Daxili Qoşunları və Dövlət Sərhəd Xidməti əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin iştirakı ilə birgə keçirdikləri tədbirlər nəticəsində ortaya çıxıb. Məlum olub ki, narkotik bitki 4 sahədə naməlum şəxs və ya şəxslər tərəfindən əkilib və aqrotexniki qaydada qulluq edilib.
Faktla bağlı Balakən RPŞ-də qaldırılmış cinayət işi üzrə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər