Balakəndə yas mərasimi keçirənlər cərimələnib

balakende-yas-merasimi-kecirenler-cerimelenib
Oxunma sayı: 1114

Balakən rayonu Kortala kəndi ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.

Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.