Balaxanı poliqonunda silah-sursat tapıldı

balaxani-poliqonunda-silah-sursat-tapildi
Oxunma sayı: 977

Balaxanı məişət tullantıları poliqonu ərazisində silah-sursat tapılıb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, “Təmiz Şəhər” ASC-nin Balaxanı məişət tullantıları poliqonu ərazisindən tapılmış istifadəyə yararsız “Naqan” tipli pnevmatik tapança, qumbara korpusu və 2787 ədəd patron gilizləri Sabunçu rayon Polis İdarəsi 12-ci Polis bölməsinə təhvil verilib.