Balaxanı zibilliyinin poliqonunda oğurluq

balaxani-zibilliyinin-poliqonunda-ogurluq
Oxunma sayı: 1251

Yanvarın 8-nə keçən gecə, Mərdəkan qəsəbəsi Yesenin küçəsində yaşayan Olqa Aleksandrovna Kononovanın yaşadığı ünvanda yerləşən mağazadan dam örtüyünü sındırmaq yolu ilə 930 manat, danışıq kartları və tütün məmulatları oğurlanıb. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu edənlər Mərdəkan qəsəbə sakinləri Amin Heydərli və Surac Şükürov tutulub.

Yanvarın 5-i saat 09:10 radələrində, Sabunçu rayonu Şəhər şossesində Bakı şəhər sakinləri 1990-cı il təvəllüdlü Kənan İmamverdi oğlu Dəmirov idarə etdiyi «VAZ-2105» markalı avtomobilin idarəetməsini itirərək maneəyə vurmuş, nəticədə K.Dəmirov və sərnişini 1992-ci il təvəllüdlü Lala Fərhad qızı Cəbrayılova xəsarətlə 3 saylı ŞKX-ya daxil olmuş, yanvarın 6-da xəstəxanada ölüb.

Sabunçu RPİ 12-ci PB əməkdaşları yanvarın 8-də Balaxanı qəsəbəsində yerləşən Bakı Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonundan 1 ədəd alışqansız F-1 əl qumbarası, 1 ədəd fişəng və 13 ədəd müxtəlif çaplı patronlar aşkar edərək götürülüb.

Yasamal RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar Ədalət Əliyevdən 435 qram və Əliabbas Məmmədovdan isə 445 qram marixuana götürülüb.