Bakıda dana 27 yaşlı oğlanı vurub.
“Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Balaxanı qəsəbəsində küçədə 1990-cu il təvəllüdlü Həsənov Səxavət Ağasəf oğluna dana hücum edib. Ətrafda olan insanların köməyi ilə dana zərərsizləşdirilib.
S.Həsənov dananın hücumu zamanı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər