Balaxanıda vətəndaşı döyüb maşınını qaçırdılar

Balaxanıda vətəndaşı döyüb maşınını qaçırdılar
Oxunma sayı: 1242

Balaxanı qəsəbə sakini A.Şahgəldiyev sentyabrın 20-də qəsəbə ərazisində 5 nəfərin onu döyərək “Niva” markalı avtomobilini aldıqlarını bildirib. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılmış, avtomobil sahibinə qaytarılıb. 

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi