Sabah İndoneziyanın Bali adasında “hinduların səssizlik” bayramı keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bayram adətinə görə 24 saat ərzində turistlər də daxil olmaqla heç kim küçəyə çıxa bilməz. Bundan əlavə gün boyu uçuşlar ləğv olunacaq, internet bağlantısı da kəsiləcək.
Küçədə sadəcə asayişi qoruyan işçilər olacaq. “Nyepi” bayramı adlandırdıqları həmin gündə şeytanın yer üzünə endiyi düşünülür. Bununla yanaşı həmin günü yeni ilə giriş olaraq da qəbul edirlər.
Ülviyyə
Son xəbərlər
Son Xəbərlər