Balidə vulkana görə 17 min çinli aeroportda qalıb

balide-vulkana-gore-17-min-cinli-aeroportda-qalib
Oxunma sayı: 835

Çin Aqunq vulkanının püskürməsi səbəbindən günlərdir aeroportda qalan 17 min çinli turistin ölkəyə gətirilməsi üçün İndoneziyaya 6 çarter təyyarəsi göndərib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarələr ötən gecə Baliyə yola düşüblər. 

Qeyd edilir ki, Aqunq vulkanının püskürməsi İndoneziyanın turizm industriyasına ciddi zərər vurub. Belə ki, əvvəlcədən bron edilən xeyli sayda turlar, reyslər ləğv edilib. Ölkədə fövqəladə rejim dekabrın 10-na kimi uzadılıb.