Ağstafa sakinini balıq tutarkən onu elektrik cərəyanı vurub.
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Eynallı kəndində baş verib.
Kənd sakini, 1984-cü il təvəllüdlü Mahmudov İlkin Məhəmməd oğlu kəndin ərazisində olan su kanalında elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən cərəyan onu vurub öldürüb.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər