"Qarabağ"ın yeni transferi Donald Gerryer Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabı ilə məğlub etdikləri oyundan sonra brifinq keçirib.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan çempionunda debütünü qolla qeyd edən Haiti yığmasının üzvü jurnalistlərin suallarını cavablandırıb.
- "Qarabağ"da ilk oyunda qol vurdun. Özünü təbrik edə bilərsən, yoxsa oyununda çatışmayan cəhətlər var idi?
- Özümü təbrik edə bilmərəm. Biz bir komandayıq. Ona görə də kollektivi təbrik edirəm. Oyunda belə hesab qeydə alınsa da, arxayınlaşmırıq. Cavab oyununa da ciddi hazırlaşacağıq.
- Debüt matçın idi. Atmosfer, azarkeşlər və ilk oyunun haqda düşüncələrin necədi?
- “Əvvəl klublarım olan Krakov "Visla”sı və “Alanyaspor”da da oynayanda belə atmosfer altında çıxış edirdik. Oyuna bu qədər azarkeşlər gəlirdi. Onlara təşəkkür edirik. Onlarsız futbol oynaya bilmərik. Növbəti oyunlarda da bizi dəstəkləsinlər.
- İlk oyununda qol vuracağını gözləyirdin?
- “Visla” və “Alanyaspor”da da debütümdə qol vurmuşdum. Bu haqda oyundan bir gün öncə hazırkı baş məşqçimlə söhbətim olmuşdu. Hələ tam hazır deyiləm. Öz üzərimdə çox işləməliyəm. Düşünürəm ki, ardı gələcək.
- “Qarabağ”ı nəyə görə seçdin?
- Agentim mənə “Qarabağ” səni transfer etmək istəyir” deyəndə şad oldum. Dərhal “Qarabağ”la maraqlandım. Komandanın oyun tərzinə baxdım. Dedim ki, bu komanda mənim üçün mükəmməldi. Topla oynamağı mən də sevirəm. Məşqlərdə də topla çalışmalara üstünlük veririk.
- Bura gəlməyində “Zirə”də çıxış edən milli komanda yoldaşın Kervens Belfortun rolu oldu?
- Fərqi yoxdur, Belfort burda olsaydı da, olmasaydı da seçimi dəyərləndirəcəkdim. Dənizin dibinə düşsəm, balıqlarla da dil tapa bilərəm. Mənim beynimdə ancaq futbol oynamaqdır.
- “Qarabağ”ın hədəfi nəhayət, ÇL-nin qrupuna düşə bilmədik. Bunu nə dərəcədə real sayırsan?
- Əlbəttə, mümkündü. Heyətdə səviyyəli oyunçular var. Sadəcə, hədəfə çatmaq üçün əziyyət çəkməlisən. Bununla yanaşı, keyfiyyətli oyunçu və məşqçi ilə bacarmaq olar.
Son xəbərlər
Son Xəbərlər