Balkona çıxdı, xəstəxanalıq oldu - Daşkəsəndə

balkona-cixdi-xestexanaliq-oldu
Oxunma sayı: 2585

Daşkəsən rayonunda bədbəxt hadisə baş verib. 

"Qafqazinfo" xəbər verir ki, insident rayonun Daşkəsən qəsəbəsində qeydə alınıb. Belə ki, iki mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yaşayan 1964-cü il təvəllüdlü Nataşa Cabbarova evin balkonuna çıxan zaman taxta qırılıb və qadın yerə düşüb.

Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir. 

Elmar Əli