Ballak gedir

ballak-gedir
Oxunma sayı: 1427

Almaniya seçmə komandasının sabiq kapitanı komandanın heyətində vida matçını keçirəcək. Ballakın vida matçı avqustun 10-da Braziliya komandasına qarşı oyunda olacaq. Ballak bu matçda meydana kapitan sarğısında çıxacaq.

Xatırladaq ki, Mihael Ballak Almaniya seçmə komandasının heyətində 1999-cu ildə debüt edib. O, 2000, 2004, 2008-ci il Avropa çempionatlarında iştirak edib. Yığmanın heyətində 42 qol vuran futbolçu Dünya Çempionatı-2006-nın bürünc medala da sahib çıxıb.