Ballakın oğlu öldü

ballakin-oglu-oldu
Oxunma sayı: 5886

Futbol üzrə Almaniya millisinin, “Bavariya” və “Çelsi” klublarının sabiq yarımmüdafiəçisi Mixael Ballakın oğlu Emilio dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, o, 18 yaşında motosiklet qəzasında vəfat edib.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb. Qəza Portuqaliyanın paytaxtı Lissabonun cənubunda, Ballakın evinin yaxınlığında baş verib.