Ballast sularının idarə edilməsi...

ballast-sularinin-idare-edilmesi
Oxunma sayı: 658

ARDDA-nın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Beynəlxalq Dəniz Təşkilatının ekspertləri ilə yanaşı Xəzəryanı dövlətlər olan Qazaxıstan, Türkmənistan, İran İslam Respublikası və Rusiya Federasiyasından nümayəndələr iştirak edirlər.

Əsas məqsədi beynəlxalq dəniz daşımaları zamanı dəniz ətraf mühitinin mühafizəsi, gəmilər tərəfindən dənizin çirklənməsinin qarşısının alınması, dəniz bioloji mühitinin qorunub saxlanılması və çirklənmə ilə mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üzrə təcrübə mübadiləsinin aparılması və mövcud təcrübə bazasının təkmilləşdirilməsi olan bu tədbirə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər Dəniz Neft Donanması və dənizçilik sahəsində fəaliyyət göstərən digər təşkilatların nümayəndələri də dəvət ediliblər.
Hazırkı tədbir Dəniz mühitinin çirkləndirilməsinin qarşısının alınması ilə bağlı Dəniz Administrasiyasının Beynəlxalq Dəniz Təşkilatı ilə birgə Bakı şəhərində təşkil etdiyi 4-cü beynəlxalq səviyyəli tədbirdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən ARDDA-nın rəis müavini E. Rəhimov Xəzər dənizində daşınmaların həyata keçirilməsi zamanı ballast sularının idarə edilməsi ilə bağlı beynəlxalq standartlarının yerinə yetirilməməsinin Xəzər dənizinin ekoloji mühitinə hansı fəsadlar verə biləcəyindən bəhs edərək, bu sahədə Xəzəryanı Dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini qeyd edib. E. Rəhimov həmçinin bildirib ki, məhz belə tədbirlərin keçirilməsinin əsas məqsədi də Xəzər dənizinin ətraf mühitinin mühafizəsinin təmin edilməsi üçün Beynəlxalq Dəniz Təşkilatı tərəfindən müəyyən edilmiş standartlarla bağlı tədbir iştirakçılarına ətraflı məlumatın verilməsi və dəniz ətraf mühitinin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı möhkəmləndirilməsidir.
Tədbir iyul ayının 11-də öz işini yekunlaşdıracaq.

Nigar Məmmədli