Almaniya hamıdan öndədir

almaniya-hamidan-ondedir
Oxunma sayı: 660

Bu günə qədər sorğuda 3077 nəfər iştirak edib. Çempionata 16 komanda qatılıb. Amma dünənki oyundan sonra artıq 8 komanda çempionatdan kənarlaşıb və hazırda yarış yerdə qalan 8 komanda ilə davam edir. Çempionatın bir mərhələsi başa çatdığı üçün keçirdiyimiz sorğuda dəyişiklik edirik. İndi səsverməyə çempionatda mübarizəni davam etdirən 8 komandanı çıxarırıq. Bunlar aşağıdakı komandalardır: Almaniya, Portuqaliya, İtaliya, İspaniya, Yunanıstan, Çexiya, İngiltərə və Fransa.

Çempionatı isə bu komandalar tərk edib:
Polşa, Rusiya, Hollandiya, Ukrayna, Xorvatiya, İsveç, Danimarka, İrlandiya.

Bu günə qədər davam edən sorğunun isə nəticələri belə olub:

Almaniya (1075)
Polşa (674)
İspaniya (445)
İtaliya (183)
Rusiya (131)
Hollandiya (113)
İngiltərə (102)
Portuqaliya (96)
Ukrayna (75)
Fransa (53)
Xorvatiya (50)
İsveç (29)
Yunanıstan (17)
Çexiya (15)
Danimarka (15)
İrlandiya (4)

Sorğuda iştirak etmək üçün saytın sağ sütununda yerləşən “Sorğu” rubrikasına müraciət edin: