Almanlar Avropa çempionatına bu heyətlə gedir - Siyahı

almanlar-avropa-cempionatina-bu-heyetle-gedir-siyahi
Oxunma sayı: 650

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi məlumata görə, baş məşqçi Yoahim Löv qitə birinciliyinə aparacağı 23 futbolçunun adını açıqlayıb. Siyahıda 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 5 hücumçu yer alıb.

Heyətdə ən çox futbolçu ilə təmsil olunan komanda “Bavariya” olub. Münhenlilərin 8 üzvü yığmada Avro 2012 həyəcanını yaşayacaq. Çempion “Borussiya Dortmund”da bu göstərici 4-ə bərabərdir.

Qapıçılar:
Manuel Noyer (“Bavariya”), Tim Vize (“Verder”), Ron-Robert Tsiler (“Hannover”)

Müdafiəçilər:
Holqer Badştuber, Jerom Boatenq, Filipp Lam (hamısı “Bavariya”), Benedikt Hövedes (“Şalke”), Mats Hummels, Marsel Şmeltser (hər ikisi “Borussiya” D), Per Mertezaker (“Arsenal”, İngiltərə)

Yarımmüdafiəçilər:
Lars Bender, (“Bayer Leverkuzen”), Mario Qötse, İlkay Gündoğan (hər ikisi “Borussiya” D), Sami Xedira, Məsut Özil (hər ikisi “Real”, İspaniya), Toni Kroos, Tomas Müller, Bastian Şvaynştayqer (hər üçü “Bavariya”)

Hücumçular:
Mario Qomes (“Bavariya”), Lukas Podolski (“Arsenal”), Miroslav Kloze (“Latsio”, İtaliya).
Andre Şürrle (“Bayer Leverkuzen”), Marko Roys (“Borussiya” M)

Ceyhun Əhmədov