Baloğlan Əşrəfov Masallıda dəfn ediləcək

baloglan-esrefov-masallida-defn-edilecek
Oxunma sayı: 8179

Ötən gün vəfat edən Əməkdar artist Baloğlan Əşrəfovun dəfn yeri məlum olub.

Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Şəhla İsgəndərova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sənətkar Masallı rayonunun Bədəlan kəndində torpağa tapşırılacaq.

B.Əşrəfov aprelin 26-da 69 yaşında dünyasını dəyişib. İfaçı bir müddət əvvəl koronavirusa yoluxmuşdu. 

Onu da əlavə edək ki, B.Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.

Allah rəhmət eləsin!