“Balotelli hörmətsizlik etdi” - Cerrard

balotelli-hormetsizlik-etdi
Oxunma sayı: 1753


İngilislərin yeganə qolunu görüşün 85-ci dəqiqəsində Mario Balotelli penaltidən vurub. 11 metrlik cərimə zərbəsini isə komandanı kapitan kimi meydana çıxaran Cordan Enderson qazanıb. Əvvəlcə o özü penaltini yerinə yetirmək istəsə də, Balotelli ona imkan verməyib. “Liverpul”un əsas kapitanı Stiven Cerard da bu barədə fikirlərini bildirib: “Məncə, Balotelli hörmətsizlik etdi. Penaltini Cordan özü yerinə yetirməli idi”.