“Balotelli təbii ehtiyaclarını ayaqqabılarımızın içinə ödəyirdi”

balotelli-tebii-ehtiyaclarini-ayaqqabilarimizin-icine-odeyirdi
Oxunma sayı: 1644

Braziliya millisinin və İtaliyanın “Roma” klubunun futbolçusu Maykon mətbuata maraqlı açıqlamalar verib.

“Qafqazinfo” xəbər verir ki, müdafiəçi “Milan”ın forvardı, bir zamanlar “İnter”də yanaşı oynadığı Mario Balotelli haqqında danışıb. 

O bildirib ki, Balotelli yaxşı insan olsa da, “İnter”in məşqlərinə gəldiyi zaman hamımızın ayaqqabılarının içinə təbii ehtiyaclarını ödəyirdi: “Balotelli yaxşı insandır. Amma “İnter”də oynadığımız zaman məşqlərə gələrkən bizim ayaqqabılarımızın içinə təbii ehtiyaclarını ödəyirdi. Buna görə bir neçə dəfə Marko Materatsi ilə dava etmişdi”.