Balotellinin yeni klubu açıqlandı

Balotellinin yeni klubu açıqlandı
Oxunma sayı: 1772

İtaliya millisinin sabiq üzvü Mario Balotellinin yeni klubu açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını İtaliyanın "Breşia" klubunda davam etdirəcək. O, sözügedən klubla 1 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, karyerası ərzində İtaliyada "İnter", "Milan", İngiltərədə isə "Liverpul" və "Mançester Siti" kimi klublarda çıxış etmiş Balotelli, son olaraq Fransa "Marsel"inin şərəfini qoruyub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi