Amerika hökuməti hesab edir ki, Azərbaycanda demokratiya kök atır

<b>Amerika hökuməti hesab edir ki, Azərbaycanda demokratiya kök atır</b>
Oxunma sayı: 831

Aprelin 27-də ABŞ-ın vitse-prezidenti Cozef Bayden Amerikada yaşayan Azərbaycan və Türkiyə icmasının qarşısında çıxış edib. ABŞ-Azərbaycan münasibətlərinin 20 illiyi ilə bağlı keçirilən toplantıda iştirak etmək üçün Amerikaya ezam olunmuş ANS-in müxbirinin verdiyi məlumata görə, bu toplantıda iştirak etmək üçün Vaşinqtonda, həm də ABŞ-ın digər şəhərlərində yaşayan Azərbaycan və Türkiyə icmasının nümayəndələri yığışmışdılar.

Məlumata görə, toplantıda ən çox yadda qalan isə Azərbaycan icması üçün çıxışında Baydenin Türkiyə və Azərbaycan barəsində dedikləri olub. Belə ki, o çıxışında bildirib ki, həm Türkiyə, həm də Azərbaycan ABŞ-ın bu regiondakı tərəfdaşlarıdır. O, hətta Türkiyəni əhalisinin böyük hissəsini müsəlman olmasına baxmayaraq demokratiya sahəsində bir nümunə olduğunu vurğulayıb.

Azərbaycanla bağlı çışında isə C. Bayden bildirib ki, Azərbaycanda da insan hüquqları və demokratiya sahəsində inkişaf var. O, Azərbaycanda demokratiyanın kök atmaqda olduğunu deyib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi