Amerikada iki azərbaycanlı casusluqda ittiham olunur

amerikada-iki-azerbaycanli-casusluqda-ittiham-olunur
Oxunma sayı: 651

APA-nın məlumatına görə, Rusiyaya qanunsuz olaraq müxtəlif təyinatlı ABŞ texnologiyalarının satışında ittiham olunan şəxslər arasında azərbaycanlılar Sevinc Tağıyeva və Şövkət Abdullayev də var.

Onlardan başqa məhkəmə qanunsuz satışın həyata keçirildiyi Arc Electronics şirkətinin rəhbərlərindən Aleksandr Fişşenko, Aleksandr Posobilov, Viktoriya Klebanova, Lyudmila Baqdikyan, Anastasiya Dyatlova və Svetlana Zaqona qarşı rəsmi ittiham irəli sürüb. İttiham aktında Arc Electronics şirkətinin yol təhlükəsizliyinin təminatı məqsədilə elektronika məhsulları istehsal etdiyi bildirilir. Lakin şirkət ikili təyinata malik məhsulların qanunsuz olaraq Rusiyaya satışını təşkil edib bu səbəbdən əməliyyatda iştirak edən şəxslərin casusluq fəaliyyəti ilə məşğul olduğu güman edilir.

Rusiya Xarici İşlər Nazirliyi artıq baş verən hadisənin sırf kriminal xarakter daşıdığını və kəşfiyyat fəaliyyəti ilə əlaqədar olmadığını bəyan edib.