Analoqu olmayan yollarımız çaya döndü - Video

analoqu-olmayan-yollarimiz-caya-dondu-video
Oxunma sayı: 653

“Qafqazinfo” xəbər verir ki, son 2 saatda leysan daha da güclənib. Bu isə paytaxtın yollarını demək olar ki, iflic edib. İldə bir neçə dəfə təmir olunan Bakı yolları payızın ilk yağışına tab gətirə bilmir. Əslində isə tab gətirir və yağış sularının qarşısını mətinliklə alır. Yollara yağan yağış elə yollarda da yığılıb qalır.

Hazırda paytaxtın bütün istiqamətlərindəki yollarda eyni vəziyyət yaranıb. Bəzi yerlərdə su hətta avtomobillərin təkərlərini belə itirir. Analoqu olmayan yol ötürücülərindən isə danışmağa dəyməz. “Qaqarin” körpüsünün altında yığılan su avtomobillərin hərəkətini mümkünsüz edib. Ümumilikdə Bakı küçələrinin hazırkı vəziyyətini çaya bənzətmək olar.

Bu da bizim analoqu olmayan yollarımız…

Bu dəqiqələrdə isə redaksiyamıza belə bir məlumat daxil olub: “28 May metrosunun yeni çıxışının banından sel axır. Men bilmirəm bu metro qışda qara necə dözəcək. Avropa standartlı metronun içinə vedrələr düzülüb. Mirəli Qaşqay küçəsi və Azadlıq prospektindən axan sellər də nəinki “Sara”nı lap Sarayı da apara bilər”.

Bak.flv