Anar Məmmədov federasiya prezidenti oldu

anar-memmedov-federasiya-prezidenti-oldu
Oxunma sayı: 831

Qolf idman növü 2016-cı ildə Rio de Janeyro şəhərində keçiriləcək olimpiya oyunların siyahısına salınıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu idman növünün Azərbaycanda da inkişaf etdirilməsi işlərinə başlanılıb. Bununla əlaqədar olaraq bu gün baş tutan konfransda “ZQAN Holdinq” şirkətinin prezidenti Anar Məmmədov ölkəmizdə Qolf federasiyasına prezident təyin olunub.

Qeyd edək ki, Anar Məmmədov qolf idman növünə çox böyük həvəs göstərir.