Banderasdan zəlzələ ilə bağlı dəstək mesajı

banderasdan-zelzele-ile-bagli-destek-mesaji
Oxunma sayı: 4626

Məşhur aktyor Antonio Banderas Türkiyədə və Suriyada baş verən zəlzələ ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, instaqram hesabında post paylaşan aktyor zəlzələdə həyatını itirən vətəndaşlara görə üzüldüyünü və hər iki ölkəyə başsağlığı verdiyini yazıb: "Türkiyə və Suriya xalqına möhkəm birlik qucağı... Son bir neçə saatda başlarına gələnlərlə bağlı hamıya dəstəyik".

Türkiyənin xüsusilə 10 vilayətinə təsir edən, Suriyada ciddi can və mal itkisinə səbəb olan zəlzələ üçün Banderasın paylaşdığı dəstək qısa zamanda minlərlə insan tərəfindən bəyənilib. Posta təşəkkür və dəstək mesajları yazılıb.