“Bandotdel” əməliyyat keçirdi - “Metamfetamin” aşkarlandı

bandotdel-emeliyyat-kecirdi-
Oxunma sayı: 2102

Daxili İşlər Nazirliyi qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan şəxsləri saxlayıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Əli Qədirovdan 250,822 qram heroin, Adil Kazımovdan isə 50,10 qram narkotik vasitə olan “Metamfetamin” (toz şəklində) götürülüb.

Murad Əhməd