Bu gün günorta saatlarında Daxili İşlər Nazirliyi şirkət əməkdaşlarını saxlayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, saat 17 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyatçıları Nərimanov rayonunda yerləşən “Azpilot” LLC-nin hələlik adı açıqlanmayan 3 əməkdaşını saxlayıblar.
İlkin məlumata görə, həmin şəxslər saxta sənəd düzəltmədə və dələduzluqda ittiham edilirlər.
Qeyd edək ki, “Azpilot“ LLC gəmiçilik və dənizçilik sahəsində fəaliyyət göstərir, gəmi təmiri, gəmi satışı və gəmi icarəsi ilə məşğul olur.
***
“Azpilot” LLC-dən “Qafqazinfo”ya bildirilib ki, “Bandotdel”in keçirdiyi əməliyyatın şirkətin rəsmi əməkdaşlarına heç bir aidiyyəti yoxdur: "Dələduzluqda ittiham olunan 3 şəxs şirkətdə işləmir və hadisənin “Azpilot” LLC ilə heç bir bağlılığı yoxdur ".


Son xəbərlər
Son Xəbərlər