Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, əməliyyat nəticəsində Abşeron rayon sakini Səbuhi Məmmədov Novxanı qəsəbəsi ərazisində saxlanılıb. Onun idarə etdiyi "Mitsubishi" markalı avtomaşından "Banketnaya", "İzbuşka" və "Ambarnaya" markalı 218 ədəd spirtli içki götürülüb.
Həmin spirtli içkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və onların saxta olması müəyyən olunub.
Araşdırmalarla üzərinə saxta aksiz markaları vurulan həmin spirtli içkilərin Xırdalan şəhərində yaşayan Kəlbəcər rayon sakini Vidadi Cümşüdovdan alınması müəyyən edilib və həyata keçirilmiş tədbirlərlə sonuncu da saxlanılıb.
Faktla bağlı toplanan materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.
Araşdırmalar aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər