“Bank Avrasiya” ASC müştərilərinə yüksək faizlərlə yeni “Payız əmanət kampaniyası” təqdim edir.
Bu payız “Bank Avrasiya” ASC müştərilərin gəlirini əhəmiyyətli dərəcədə artıracaq kampaniya ilə sevindirir. Kampaniya çərçivəsində müştərilər sərfəli şərtlərlə əmanət yerləşdirə və sabit gəlir əldə edə biləcəklər.
Belə ki, kampaniya müddətində müştərilər banka minimum məbləği 1000 AZN olmaqla, 12 ay müddətinə, faizlər hər ay ödənilməklə illik 10.75%, faizlər müddətin sonunda ödənilməklə 11%, 18 ay müddətinə isə faizlər hər ay ödənilməklə illik 11.25%, faizlər müddətin sonunda ödənilməklə 11.5% faiz dərəcəsi ilə əmanət yerləşdirə bilərlər. Kampaniya 30 noyabr tarixinədək davam edəcəkdir.
Qeyd edək ki, 100 000 AZN-dək əmanətlər ADİF (Əmanətlərin Sığortalanması Fondu) tərəfindən sığortalanır. Həmçinin, 18 ay müddətinə manat depoziti yerləşdirdikdə, hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir.
Daha ətraflı məlumatı bankın rəsmi veb səhifəsindən və ya *2226 nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.