Bank BTB 2021-ci ilin I rübünü mənfəətlə başa vurub

bank-btb-2021-ci-ilin-i-rubunu-menfeetle-basa-vurub
Oxunma sayı: 964

Bank BTB 2021-ci ilin birinci rübünü 365 min manat xalis mənfəətlə başa vurub.

Bankın faiz gəlirləri 6 milyon 101 min manat, faiz xərcləri isə 3 milyon 634 min manat olmuşdur. Qeyd edilən dövrdə qeyri-faiz gəlirləri 2 milyon 67 min manat təşkil edib.

2021-ci ilin birinci rübün sonuna Bank BTB-nin cəmi aktivləri 336 milyon 735 min manat olmuşdur. Müxtəlif kredit məhsulları təqdim edən Bank BTB ASC-nin həmin dövr ərzində kredit portfeli 222 milyon 350 min manat, fiziki şəxslərin müddətli depozit portfeli  isə 103  milyon  845 min manat təşkil edib.

Qeyd edək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Bank daim müştəri məmnunluğunu üstün tutaraq bu istiqamətdə xidmət keyfiyyətinin yüksəldilməsi və əhatəsinin genişləndirilməsi, yeni rəqəmsal həllərin tətbiqi və inkişafı istiqamətində fəaliyyət göstərməyə davam edir.

Bankın hər hansı məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bankın məhsul və kampaniyaları haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə etmək mümkündür.