Bank BTB ilk yarımilliyi mənfəətlə başa vurdu

bank-btb-ilk-yarimilliyi-menfeetle-basa-vurdu
Oxunma sayı: 884

Bank BTB 2021-ci ilin ilk yarımilliyini 538 min manat xalis mənfəətlə başa vurub.

“Qafqazinfo” xəbər verir ki,  bankın ilk yarımilliyi üzrə faiz gəlirləri 12 milyon 284 min manat, faiz xərcləri isə 7 milyon 505 min manat olub.  

Qeyd edilən dövrdə qeyri-faiz gəlirləri 2 milyon 801 min manat təşkil edib.

2021-ci ilin ikinci rübün sonuna Bank BTB-nin cəmi aktivləri 354 milyon 933 min manat olub. Müxtəlif növ kredit məhsulları təqdim edən Bank “BTB” ASC-nin həmin dövr ərzində kredit portfeli 248 milyon 058 min manat, müddətli depozit portfelinin həcmi isə 48% artaraq 122 milyon 912 min manat təşkil edib.

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (https://www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı həftəiçi 5 gün müştərilərin xidmətindədir.