Bank BTB-nin Pulsuz Visa Platinum kartları ilə xanımları sevindirin

bank-btb-nin-pulsuz-visa-platinum-kartlari-ile-xanimlari-sevindirin
Oxunma sayı: 1457

Bank BTB rəqəmsal ödənişlərin genişləndirilməsi yönündə aparılan tədbirlərdə aktivliyini və xanımların bayram sevincini artırmaq məqsədilə yeni kampaniyaya start verib.

Qeyd edək ki, bank Beynəlxalq Qadınlar Gününə özəl olaraq 02.03.2022 - 07.03.2022 tarixlərində müraciət edən müştərilərə 2 ədəd pulsuz Visa Platinum kartı təqdim edir.

Belə ki, müştəri 200 AZN məbləğində vəsaiti karta mədaxil edərək Visa Platinum kartı pulsuz əldə edir. Bundan əlavə, müştərimiz heç bir mədaxil etmədən 2-ci pulsuz VİSA PLATİNUM kartı özü ilə yaxınlaşmış xanıma hədiyyə edə bilər.

Bank BTB bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinə sağlam və taravətli qalmaları diləyilə ən xoş arzularını bildirir.

Bank BTB-nin təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər bankın onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.